Şamaxıda yeniyetməni avtomobil vurub

Şamaxıda yeniyetməni avtomobil vurub

Şamaxı rayonunda yeniyetməni avtomobil vurub. ONN media xəbər verir ki, 2005-ci il təvəllüdlü Ruzi Həmidov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanı törədib hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt