Bakıda yanğın nəticəsində mağazanın şüşələri sındı

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları və içərisində soyuducu yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı mağazanın giriş qapısı və vitrin pəncərəsi sınıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.