Türkiyə NATO-nu tərk etdi - Belçikada KRİTİK QƏRAR

NATO-da komandanlığın təhvil-təslim tədbirində skandal yaşanıb. ONN media teleqraf.com -a istinadən xəbər verir ki, NATO üzvü olmamasına baxmayaraq, tədbirə Kiprin yunan tərəfi də dəvət edilib. Buna etiraz olaraq türk zabitlər NATO-nun tədbirini tərk edib. Qeyd edək ki, tədbir Belçikanın Mons şəhərində baş tutub və NATO-nun Avropa Müttəfiq Komandanlığının təhvil-təslimi məqsədilə keçirilib. Tədbirdə NATO-nun Baş katibi də iştirak edib. Toplantıya Kipr Respublikasının heyətinin dəvət olunması səbəbindən türk diplomat və zabitlər NATO-nun tədbirini tərk edib.