Metroda DƏHŞƏTLİ HADİSƏ: gənc oğlan relslərin üzərinə düşdü və...

Gürcüstanda oğlan metroda dünyasını dəyişib. ONN media xəbər verir ki, hadisə metronun “Saracişvili” stansiyasında baş verib. 20 yaşlı oğlan relslərin üzərinə düşüb. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşları cəlb olunublar və müvafiq istintaq işləri aparılır.