Rusiya Türkiyəyə verdiyi sözü tutmadı

Rusiya Türkiyəyə verdiyi sözü tutmadı. ONN media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, Ankara və Moskva razılıq əldə etmişdi ki, Rusiyanın vasitəçiliyi ilə YPG silahlıları Suriyanın Tel-Rifat rayonunu tərk edəcək: “Təəssüf ki, YPG silahlıları rayonda qalmaqdadır və müntəzəm olaraq Türkiyə ordusunun azad etdiyi əraziləri atəşə tutur”.