Nəzir qutusunu soyan yaxalandı

Salyanda məsciddə oğurluq edən şəxs saxlanılıb. ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də Dayıkənd kənd məscidinin nəzir qutusundan pul oğurlamaqda, habelə iki ədəd nəzarət kamerasını və sərinkeşi sındırmaqda şübhəli bilinən kənd sakini M.Abbasov saxlanılıb.