4,6 bal gücündə zəlzələ olub

Qırğızıstanda 4,6 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, "UTC" vaxtı ilə saat 06:54-də qeydə alınan yeraltı təkanların episentri Karakol şəhərindən 65 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.