Ermənilərin növbəti hayasızlığı- İndi də soyadımızdan istifadə edirlər

Ermənilərin növbəti hayasızlığı- İndi də soyadımızdan istifadə edirlər


Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb.

ONN media xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Karitas” Fondunun rəhbəri Armine Yepremyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb.

A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i geri qaytarılıb.

Sayt yazıb ki, erməni ailələri Almaniyadan azərbaycanlı soyadı ilə qaçqın statusu almağa cəhd edirlər. Məlumata görə, Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl “Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar.

Geri qayıt