Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamla Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər: “Şöhrət” ordeni ilə Ələkbərov Anar Sahib oğlu “Tərəqqi” medalı ilə Ağayeva Şəmirə Vahid qızı Bayramov Azər Novruz oğlu Əliyeva Gülşən Şəfa qızı Məmmədov Emin Səlhab oğlu Məmmədov Soltan Teymur oğlu.