Erməni deputat: "Ölkə kütləvi şəkildə tərk edilir"

Erməni deputat: "Ölkə kütləvi şəkildə tərk edilir"


Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.
ONN media xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Arman Babacanyan deyib.
 
O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir:
 
“Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya “qeyri-real müharibə”dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər”.
 
Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.
Geri qayıt