Rusiya və İran arasında viza rejimi sadələşdirildi

Rusiya və İran arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə protokol imzalanıb. ONN media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu prosedur ilk növbədə sahibkarlara şamil olunacaq.