Bərdədə məcburi köçkünün evi qarət edildi

Bərdədə məcburi köçkünün evi qarət edildi

Bərdə rayonunda mənzildən oğurluq olub. ONN media xəbər verir ki, hadisə rayonun Meşəçilik institutu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yerdə baş verib. Ağdam rayonundan olan məcburi köçkün Xəyalə Məmmədovaya məxsus fərdi yaşayış evindən naməlum şəxs yaxud şəxslər tərəfindən 1200 manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Hadisə günorta saatlarında mənzildə heç kimin olmadığı vaxtda baş verib. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Geri qayıt