Tanınmış azərbaycanlı fotoqraf vəfat etdi

Tanınmış azərbaycanlı fotoqraf vəfat etdi


Azərbaycanın qocaman fotoqraflarından olan Ənvər Qaragözov bu gün vəfat edib.

ONN media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu yayıb. O bildirib ki, mərhumla vida mərasimi bu gün Təzə Pir Məscidində keçiriləcək.

Qeyd edək ki, Ənvər Qaragözov 1936-cı ildə Gəncə şəhərində anadan olub. 1964-cü ildən peşəkar foto ilə məşğul olmağa başlayıb. Bir çox müsabiqələrin laureatıdır.

Geri qayıt