Əfsanəvi aktrisa VƏFAT ETDİ

Hollivudun əfsanəvi aktrisası, müğənni Doris Dey dünyasını dəyişib. ONN media xəbər verir ki, amerikalı aktrisa 97 yaşında Kaliforniyada vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Qeyd edək ki, 1950-1960-cı illərdə ulduzu parlayan aktrisa 30-dan çox filmdə çəkilib. O, “Oskar”, “Qremmi” mükafatlarına layiq görülüb, 2004-cü ildə Corc Buş tərəfindən “Azadlıq” medalı ilə təltif olunub. Dey 4 dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən-1942-ci ildə Terrens adlı oğlu dünyaya gəlib. Aktrisanın yeganə övladı 2004-cü ildə dünyasını dəyişib.