Tramp Ağ Evdə iftar verdi

Tramp Ağ Evdə iftar verdi


ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ Evdə iftar süfrəsi təşkil edib.

ONN media xəbər verir ki, iftara müsəlman dövlətlərin ABŞ-dakı diplomatik nümayəndəliklərinin üzvləri dəvət olunub.

“Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi vaxtda iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir”, - Tramp bildirib.

Qeyd edək ki, Ağ Evdə iftar ənənəsi təxminən 20 ildir mövcuddur. Bu ənənəni yalnız 2017-ci ildə iftar mərasimi təşkil etməyən Donald Tramp pozmuşdu.

Geri qayıt