İlham Əliyevin iştirakı ilə Belçikada səfirliyimizin yeni binası açıldı

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılış mərasimi olub.
ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün "Tvitter" hesabında bildirib.
O qeyd edib ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib:
"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Belçika Krallığında Azərbaycan səfirliyinin yeni inşa olunmuş binasının açılışı olub. Azərbaycan bayrağı səfirliyin binası qarşısında qürurla dalğalanır!"