Bakıda tələbələr arasında qanlı dava - ÖLƏN VAR

Bakıda tələbələr arasında dava ölümlə nəticələnib. ONN media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.(ONA)