Azyaşlı uşaq siçan dərmanından zəhərləndi
Bakıda 2 yaşlı körpə siçan dərmanından zəhərlənib. ONN media xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Məlumata görə, 2017-ci il təvəllüdlü F.Əliyeva yaşadığı Binə qəsəbəsindəki evdə siçan dərmanından zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib, hazırda vəziyəti normaldır.
