Daha bir jurnalist qətlə yetirilib

Meksikanın Playa-del-Karmen şəhərində (Kintana-Roo ştatı) müxbir Fransisko Romero Dias qətlə yetirilib.
ONN media xəbər verir ki, jurnalistin cəsədi şəhərin küçələrindən birində güllə yaraları ilə aşkar edilib.
Qeyd edək ki, Milli İnsan Hüquqları üzrə Komissiyanın məlumatına əsasən, 2000-ci ildən Meksikada 140-dan artıq jurnalist qətlə yetirilib.
Bundan əlavə, 2005-ci ildən kütləvi informasiya vasitələrinin 21 əməkdaşı itkin düşüb.