Zəhərli iynə ilə edam edildi - Göz yaşları sel oldu

ABŞ-ın Tennessi ştatında 1984-cü ildə törədilən cinayətə dair hökm icra olunub. ONN media xəbər verir ki, həyat yoldaşını boğaraq öldürməkdə ittiham edilən Donnie Conson 35 il sonra zəhərli iynə ilə edam edilib. Hökm Riverbend həbsxanasında icra edilib. Qeyd edək ki, Conson ittihamları rədd etdiyi üçün hökm 35 ildir icra edilmirdi. Hakim önəmli dəlil tapa bilmədiyi üçün hökmün icrasını təxirə salırdı. Lakin şahidlərin ifadəsi əsasında cinayətkarın günahı sübuta yetirilib. Qohumları bu qərarı böyük üzüntü ilə qarşılayıb. Onun edam edilməsi, edama qarşı çıxan yerli sakinlərin də etirazına səbəb olub.(metbuat.az)