29 yaşlı gəncdən DƏHŞƏTLİ ADDIM

29 yaşlı gəncdən DƏHŞƏTLİ ADDIM

İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib. ONN media "Report"a istinadən xəbər verir ki, un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt