ABŞ prezidenti - "Günah çinlilərdədir"

Çin mallarının üzərinə qoyulan yeni vergilər amerikan şirkətlərinin ÇXR-dən ayrılmasına gətirib çıxaracaq.
ONN media bildirir ki, bu sözləri "Fox News" şirkətinə verdiyi müsahibədə, ABŞ prezidenti Donald Tramp deyib.
O, Çindən gələn mallara idxal ödəmələrinin əhəmiyyətli dərəcədə artması, bir çox şirkətləri istehsalı Çindən Vyetnam və digər Asiya ölkələrinə köçürməyə sövq edir. ABŞ prezidenti günahı çinlilərdə görür.
Tramp vurğulayıb ki, ABŞ və Çinin ticarət razılaşmasının çox yaxşı bir versiyası var idi, lakin onlar Pekində hər şeyi dəyişdirməyə qərar verdilər.