Silahlı hücum - Deputat və oğlu ÖLDÜRÜLDÜ

Silahlı hücum - Deputat və oğlu ÖLDÜRÜLDÜ

Hindistanın Arunaçal-Pradeş ştatında döyüşçülərin silahlı hücumu nəticəsində azı 11 nəfər öldürülüb. ONN media xəbər verir ki, ölənlər arasında yerli parlamentin deputatı və oğlu da var. Qonşu Assam ştatından qayıdan millət vəkilinin konvoyu pusquda duran döyüşçülərin hücumuna məruz qalıb. İki nəfər isə yaralanıb. Onların vəziyyəti kritik dəyərləndirilir. Ehtimal olunur ki, hücumun arxasında separatizm qruplaşmalarından biri dayanır.

Geri qayıt