Azərbaycanda 3,1 bal gücündə zəlzələ baş verdi

Masallıda zəlzələ baş verib. ONN media Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 22:35-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində qeydə alınmışdır. Maqnitudası 3.1 bal və 21 kilometr dərinliyi olan yeraltı təkanlar hiss olunmayıb.