Paytaxda DƏHŞƏTLİ OLAY: Liftlə şaxta arasında qalaraq...
Bakıda dəhşətli hadisə baş verib. Hüquq mühafizə orqanlarından ONN media -ya verilən məlumata görə, hadisə Sabunçu rayonu, Məmmədli kəndi, Kanalüstü küçəsi, yeni sahədə yerləşən ərzaq məhsullarının saxlanc yerində -anbarda baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Tağıyev Taleh Əlif oğlu 24.05.2019-cu il tarixində saat 21 radələrində iş görən zaman lift qurğusu ilə şaxtanın arasında qalaraq dünyasını dəyişib. Meyit MTE-na göndərilib araşdırma aparılır.
