İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq”- Bu, hansı hallarda mümkündür?

I sinfə qəbul ibtidai təhsillə bağlı xeyli nüansları aktuallaşdırıb. İbtidai sinif şagirdinin təkrarən sinifdə saxlanması isə çoxlarını maraqlandıran məsələlərdəndir.
İbtidai sinif şagirdi hansı halda təkrar sinifdə saxlanıla bilər?
Cavab:
ONN media xəbər verir ki, bu məsələ ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən – sinfə keçirilməsi haqqında qaydalarda öz əksini tapıb.
Qaydalara əsasən, ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Proqramdan geri qalan şagird psixoloji-tibbi-pedaqoji komissiyasının qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunmalıdır.
İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas isə uzunmüddətli xəstəlik və ya məktəbdən yayınma ola bilər.