"Zaminbank"dan yarım milyon manat çıxardı və...

"Zaminbank"ın müştərilərin hesabından pul çıxarmaqda ittiham edilən əməkdaşı Elnur Kərimovun məhkəməsi bitib.
ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun qərarı ilə E.Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində işləyib. O, etibardan sui-istifadə edərək, banka qarşı 480 min manatlıq dələduzluq edib. E.Kərimov müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb. E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(bakupost)