ABŞ-dan Rusiya və Suriyaya çağırış

ABŞ-dan Rusiya və Suriyaya çağırış

Vaşinqton Rusiya və Əsəd rejimi tərəfindən Suriyanın şimal-qərbinə təşkil edilən hava hücumlarından narahatdır. ONN media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus mətbuat konfransında deyib. O bildirib ki, məktəb, bazar və xəstəxanaların bombalanması qarşıdurmanı daha da şiddətləndirir və bu cür hücumlar qəbuledilməzdir: "İdlibdə şiddət səbəbindən 300 min günahsız kişi, qadın və uşaq evindən qaçmaq məcburiyyətində qalıb. Bunlar dayandırılmalıdır. Bu hərəkətlərin təhlükəli təsirlərini həm xalqa açıq, həm də diplomatik kanallar üzərindən vurğulamağa davam edəcəyik. Kafr Nabl bölgəsindəki xəstəxananın bombalanması nəticəsində 24 mülki vətəndaş ölüb, onlarla insan yaralanıb". Qeyd edək ki, ötən gün Bəşər Əsəd ordusu İdlibin Kafr Nabl bölgəsindəki xəstəxananı bombalayıb.

Geri qayıt