“Xaç atası”nın aktyoru VƏFAT ETDİ

“Xaç atası”nın aktyoru VƏFAT ETDİ

Amerikalı aktyor Karmine Karidi 85 yaşında dünyasını dəyişib. ONN media xəbər verir ki, “Xaç atası” filmindəki Rozato rolu ilə tanınan aktyor bir müddətdir Los-Ancelesdə xəstəxanada koma vəziyyətində idi. Karidinin səhhəti qəflətən pisləşib. Ölüm anında belə şüuru özündə olmayıb. Qeyd edək ki, Karidi “Taksi”, “Saymon və Saymon”, “Şöhrət” filmləri daxil olmaqla 100-dək ekran işində çəkilib.

Geri qayıt