Türkiyədən düşmənlərinə MESAJ - Buna yol verməyəcəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib. ONN media Axar.az-a istinadən xəbər verir ki, iclasında Türkiyənin Şərqi Aralıqda beynəlxalq hüquq normalarına uyğun şəkildə fəaliyyət yürüdəcəyi və təxribatlara yol verməyəcəyi deyilib. Eyni zamanda İraqda aparılan “Pəncə” əməliyyatı ilə də bağlı bildirilib ki, Ankara bütün terror qruplaşmalarına qarşı eyni əzim və qətiyyətlə mübarizə aparacaq.