Qəbiristanlıqda qadın meyiti tapıldı - Ölüm səbəbi...

Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında qadın meyiti tapılıb. ONN media oxu.az-a istinadən xəbər verir ki, sözügedən şəxs 1985-ci il təvəllüdlü Kristina Aleksandrovnadır. Qadının içki aludəçisi olduğu, səfil həyat sürdüyü və serrozdan öldüyü məlum olub. Hüquq-mühafizə orqanları qətl ehtimalını istisna edir. Belə ki, K.Aleksandrovna qəbiristanlığa bacısının qəbrini ziyarət etməyə yollanıb. Halı pisləşən qadın elə qəbiristanlıqda canını tapşırıb.