Maşın işıq dirəyini yerindən qopardı - BAKIDA

Maşın işıq dirəyini yerindən qopardı - BAKIDA

Bakıda yol qəzası baş verib. ONN media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkətdə olan "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi yerindən qopub. Nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bu il aprelin 12-də də oxşar hadisə baş vermişdi.

Geri qayıt