Türkiyədə böyük teraktın qarşısı alındı

Türkiyədə böyük teraktın qarşısı alındı

Türkiyədə planlaşdırılan böyük teraktın qarşısı ötən gün alınıb. ONN media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu verib. O bildirib ki, polislər və təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı aparılan əməliyyatlar çərçivəsində tarixi bir iş bacarıblar: “Türkiyədə terakt törətməyi planlaşdıran 18 nəfər həbs edilib. Həmçinin silahları meşədə basdırılan və böyük terakt törətməyə hazır olan digər 2 nəfər də ələ keçirilib. Onların nəyi harada və nə vaxt etmək istədiklərini də təyin edə bildik”.

Geri qayıt