Zelenski ilk rəsmi səfərini bu ölkəyə edir

Ukrayna Prezident Vladimir Zelenski ilk xarici rəsmi səfərini Belçikaya edir. ONN media xəbər verir ki, V.Zelenski iyunun 4-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə ilk rəsmi görüşünü keçirəcək. Görüş NATO-nun Baş Qərargahında baş tutacaq. Görüşdə NATO Ukrayna münasibətlərinin gələcək perspektivləri müzakirə olunacaq. Zelenski səfər çərçivəsində, həmçinin Ukrayna-NATO komissiyasında görüş keçirəcək.