Trampdan Ramazan təbriki

Bu müqəddəs gün həm ABŞ-dakı, həm də dünyadakı bütün müsəlmanlara, kasıblara yardım etmək, Allaha olan inancları qüvvətləndirməyə, ibadətə sarılmağa və digər insanlara yaxınlaşmaq fürsəti yaradır. ONN media Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ramazan təbriki ilə bağlı mesajında bildirib. Tramp bayram təbrikində bütün müsəlmanlara sülh və sağlamlıq arzulayıb.