Bayram namazından çıxan müsəlmanlara bombalı hücum

Əfqanıstanda məscidə partlayış olub.
ONN media xəbər verir ki, ölkənin şimalındakı Bağlan əyalətinin Nəhreyn ilçəsində bayram namazından çıxan müsəlmanlara qarşı bombalı hücum təşkil edilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.