Azərbaycanda zəlzələ oldu

Zaqatala rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:25-də, 3 maqnitudada Zaqatala ərazisində qeydə alınıb. Yeraltı təkanın episentri 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.