Putin və Zelenski görüşəcək?

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşünün təşkili haqqında danışmaq hələ tezdir. ONN media xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib. “Biz hələ bilmirik ki, Ukraynanın yeni rəhbərliyində Minsk razılıqları, bütovlükdə Rusiya istiqamətində hansı siyasət olacaq”, - nazir deyib.