İmamoğlu bir gənc oğlana sillə vurub? - Həqiqət üzə çıxdı

İmamoğlu bir gənc oğlana sillə vurub? - Həqiqət üzə çıxdı

İqtidar mediası "İmamoğlu sillə vurdu" kampaniyasına başlayıb ONN media xəbər verir ki, CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə başqanı namizədi Əkrəm İmamoğlu ilə mübahisə edən və iqtidar medianın "İmamoğlu sillə vurdu" dediyi şəxsin AKP reklamında oynadığı məlum olub. Sosial mediada paylaşılan reklam filmində sözügedən şəxs digər AKP-lilərlə birlikdə "İstanbula sahib çıx" deyir. Xatırladaq ki, Əkrəm İmamoğlu keçən həftə "Habertürk TV"də canlı yayıma çıxıb. Canlı yayımda sözlərinin kəsildiyi görüntülər AKP il rəhbəri Elif Keleş tərəfindən paylaşılaraq İmamoğlunun PKK və FETO-ya dəstək verdiyi iddia edilib. Sözügedən iddialar İmamoğlunun vətəndaşları ziyarəti zamanı gənclərdən biri tərəfindən təkrarlanıb. İmamoğlu da sözlərinin kəsildiyini başa salan zaman gəncin yanağına toxunub. Buna görə iqtidar mediası "İmamoğlu sillə vurdu" kampaniyasına başlayıb. Gənc isə sillə iddialarını rədd edib.

Geri qayıt