Afinada ilk məscid tikildi
Yunanıstanın paytaxtı Afinada ilk məscid tikilib. ONN media xəbər verir ki, məsciddə ilk ayinlər sentyabr ayında keçiriləcək. Qeyd olunur ki, Yunanıstanda 200 minədək müsəlman yaşayır. Bu məsciddə eyni vaxtda 400-ə yaxın şəxs namaz qıla biləcək.
Afina bugünədək məscid olmayan yeganə Avropa paytaxtı idi. Yunanıstan 1832-ci ildə Osmanlı imperiyasından müstəqillik əldə etdikdən sonra ölkə ərazisində məscid tikilməsinə icazə verilməyib.