Türkiyəli məşhur teatr aktrisası Meral Niron vəfat edib.
ONN media xəbər verir ki, sənətçi 83 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, aktrisa 1937-ci ildə Türkiyənin İsmir şəhərində anadan olub. Uzun illər teatrda çalışıb. Bir çox film və seriallarda rol alıb. Tamaşaçılar onu daha çox "Fərhunde hanım" serialında canlandırdığı obrazı ilə tanıyır.
Məşhur aktrisa dünyasını dəyişdi

