ONN İnformasiya Agentliyi

Bu gün Türkiyə, Rusiya və İran XİN rəhbərləri görüşəcək

Bu gün Türkiyə, Rusiya və İran XİN rəhbərləri görüşəcək
19 Noyabr 2017 - 10:54
Bu gün Antalyada Türkiyə, Rusiya və İran xarici işlər naziri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçiriləcək.
ONN media xəbər verir ki, görüşün əsas mövzusu Suriya böhranının tənzimlənməsi olacaq.
Üç ölkənin xarici işlər nazirləri bu formatda ilk dəfə bu ilin dekabrında Moskvada görüşüb və Suriya böhranının tənzimlənməsi üzrə prosesin canlandırılması barədə razılığa gəliblər. Bir ay sonra isə Qazaxıstanın paytaxtında Astana formatı start götürüb. Bu formatın iştirakçıları qarant ölkələr qismində Türkiyə, Rusiya və İran, digər tərəfdən Suriya hökuməti və silahlı müxalifətdir. Doqquz ay ərzində Astana danışıqlarının 7 raundu keçirilib, nəticədə Suriyanın cənub-qərbində, Şərqi Qutada, Hums şəhərində və İdlib vilayətində təhlükəsiz zonaların yaradılması barədə qərar verilib. (apa)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png