ONN İnformasiya Agentliyi

Onlara cavab verə bilmirik – Millət vəkili

Onlara cavab verə bilmirik – Millət vəkili
21 Noyabr 2017 - 18:54
Biz təxminən hər həftədir bur bankın rəhbərinə xahiş-minnət edirik. Çünki banklara keditlərini qaytara bilməyən insanların evləri satışa çıxarılır. Buna görə də evləri satışa çıxarılan insanlar bizə müraciət edir.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili bu problemlə bağlı Qazaxıstanın təcrübəsini misal gətirib və bildirib ki, banklar kreditlərin qaytarılmasında zaman tanımalıdır: “Vətəndaşların borcları silinməsin. Amma banklar vətəndaşlara vaxt versin”.
Deputat həmçinin şəhid ailələrinin sığorta pulları ilə bağlı problemdən də danışıb: “Şəhid ailələri bizim başımızın tacıdır, onlar bizim üçün müqəddəsdir. İstərdim ki, şəhid ailələrini sığorta pulları ilə bağlı müraciət edəndə biz onlara cavab verə bilək. Həmin ailələr buna ciddi şəkildə ehtiyacları olduğunu deyir”.
Millət vəkili bildirib ki, yay aylarında regionlardan olan millət vəkillərini narahat edən əsas məsələ tələbələrin yataqxana məsələsidir: “Lakin Bakı Dövlət Universitetinin belə yataqxanası yoxdur. Sosial evlər layihəsini hamımız dəstəkləyirik. Orta məktəb müəllimlərinin bu layihədən yararlanması məsələsinə xüsusi yanaşmanın olmasını istərdik.
Səhiyyə ilə bağlı çox işlər görülür. Amma xəstəliklərin sayı artır və xəstəliklər cavanlaşır. İki rayonda pilot layihə həyata keçirildi. Növbəti ildə pilot layihənin başqa hansı rayonlarda həyata keçirilməsi barədə məlumat verilməsini istəyirik”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png