Estoniya prezidenti: Aİ Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir

“Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir”.

ONN media Report-a istinadən xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə müsahibəsində Estoniya prezidenti Kersti Kalyulayd bildirib. Estoniya hazırda Aİ Şurasının sədr ölkəsidir.

“Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın bir sıra ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni sazişlərin imzalanmasına hazırlıq görür. Biz xalqlarımız üçün daha yaxşı nəticələrin əldə olunması üzərində işləyirik”, – K.Kalyulayd deyib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrinin zirvə görüşləri mühüm əhəmiyyətə malikdir:

“Çünki Riqada baş tutan əvvəlki sammitdən sonra bir çox praktiki addımlar atılıb. Bu xüsusilə iqtisadi əməkdaşlığın inkişafına aiddir”.

Prezident həmçinin ölkələrimizin islahatlar prosesini davam etdirməsinin vacibliyini vurğulayıb və Avropa İttifaqı üçün “Şərq Tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlərin prioritet məsələ olduğunu qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir