Qazaxıstanın Janaozen şəhərində “QAZel” markalı mikroavtobusun teplovozla toqquşması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prokurorluğun məlumatında bildirilir.
Qeyd edək ki, Tenge qəsəbəsi ərazisində dəmiryolu keçidində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, 27 nəfər xəsarət alıb.