ONN İnformasiya Agentliyi

Polşaya güclü qar yağıb, 300 minə yaxın sakin elektrik enerjisindən məhrum olub

Polşaya güclü qar yağıb, 300 minə yaxın sakin elektrik enerjisindən məhrum olub
01 Dekabr 2017 - 22:59

Polşada güclü qar nəticəsində 300 minə yaxın sakin elektrik enerjisindən məhrum olub.

ONN media "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hökumətin təhlükəsizlik mərkəzinin direktoru Marek Kubyak "Twitter" səhifəsində yazıb.

Ötən gün ölkə paytaxtı Varşavaya 24 saat fasiləsiz olaraq qar yağıb.

Direktor qeyd edib ki, təbii hadisə nəticəsində 292 min nəfər elektrik enerjisindən məhrum olub.

Meteoroloqların proqnozuna görə, dekabrın 1-də Polşada bəzi yerlədə qar və sulu qar yağacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png