Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla “Pajero” markalı minik avtomobili toqquşub.
ONN media APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər yaralanıb.
Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, yaralılardan 3-nün vəziyyəti orta-ağırdır. Onlar 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı və Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğludur.
Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır.
Qəzada yüngül xəsarət alan digər 4 nəfərə isə ambulator yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.