ONN İnformasiya Agentliyi

Qeyri-adi toy karvanı: Toy karvanında 10 ədəd traktor iştirak etdi – VİDEO

Qeyri-adi toy karvanı: Toy karvanında 10 ədəd traktor iştirak etdi – VİDEO
03 Dekabr 2017 - 23:10

Ağcabədidə təşkil edilən toy karvanı görənlərin marağına səbəb olub.

ONN media xezerxeber.az-a istinadən xəbər verir ki, Toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 10 ədəd bəzədilmiş traktor da qoşulub. Toy karvanı o qədər maraqlı alınıb ki, gəlin gətirən başqa bir maşın karvanı da onlara qatılıb.

Toy karvanında avtomobillərlə yanaşı 10 ədəd traktor da iştirak etdi.

Qeyri-adi karvan Ağcabədinin Poladlı kəndində, Rabil Əliyevin toy mərasimində təşkil edilib. Toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 10 ədəd bəzədilmiş traktor da qoşulub.

Bəy və dostları tarktorçu olduğundan toy karvanına traktorları da qoşmaq qərarına gəliblər. Dostları bu şəkildə Rabil Əliyevi təəccübləndirmək istəyiblər.

Toy karvanına qoşulmaq istəyən tarktorların sayı çox olub. Lakin bəyin atası təhlükəsizlik səbəbindən karvanda 10 traktorun iştirak etməsini məsləhət görüb.

Qeyri-adi toy karvanı görənlər bunu mobil telefonlar vasitəsi ilə lentə alıblar.

http://https://www.youtube.com/watch?time_continue=26&v=aAJjIlaClnA

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png