“Qarabağ” “Roma”ya da uduzdu
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son oyununu keçirib.
ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliya paytaxtında "Roma"dan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" ilk yarıda 2, fasilədən sonra 1 qol vurub.
Beləliklə, Ağdam komandası UEFA Gənclər Liqasını 3 xalla sonuncu pillədə başa vurub.