ONN İnformasiya Agentliyi

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək
06 Dekabr 2017 - 11:42

Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

“Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək təqribən 80 nümayəndənin hamısı seçilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək.

Son məlumata görə, Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülüb. Bunlar VK-nın sədr müavini, Kollegiyanın hazırkı sədr əvəzi Fərhad Nəcəfov, sədrin digər müavini Aydın Axundov, RH-nın üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png